Bakıda illərdir qapı və kilid sahəsində etibarlı bir ad
Biz Bakıda uzun illərdir qapı və kilid xidməti ilə məşğuluq. İşimizə kiçik bir emalatxanadan başladıq, bu gün isə şəhərin bütün rayonlarında tanınan peşəkar komandayıq. Müştərilərimizin bir qismi illər ərzində dostumuza çevrilib - işimizin əsas keyfiyyət göstəricisi də məhz budur.
Hər bir ustamız öz sahəsinin peşəkarıdır. Yeni texnologiyaları tez öyrənir, müasir kilid sistemləri ilə yaxşı işləyirik. Köhnə sovet qıfıllarından tutmuş son model elektron kilidlərə qədər - hamısı tanışdır.
Gələndə vəziyyəti qiymətləndiririk, sonra nə ediləcəyini açıq izah edirik. Sizi yanıldıb əlavə iş təklif etmirik. Yalnız real ehtiyaca uyğun xidmət göstəririk.
İşimizdə əsas tutduğumuz qaydalar
Hər müştəriyə öz ailə üzvümüz kimi davranırıq. Gülər üz və hörmət əsasımızdır.
Lazım olmayan işi təklif etmirik. Əvvəlcədən məbləği bildiririk, sonradan əlavə etmirik.
Yalnız etibarlı materiallarla işləyirik. Saxta və ucuz məhsulları qəbul etmirik.
Minlərlə qapı açmışıq, hər biri bizə yeni bir dərs öyrətdi. Bu təcrübəni sizin üçün işə salırıq.
Ünvanınızı və işinizin təfərrüatını kimsə ilə paylaşmırıq. Məxfilik bizim üçün vacibdir.
Gördüyümüz işə söz veririk. Problem olsa, yenidən gəlib pulsuz baxırıq.
Zəng edin, suallarınıza cavab verək
0503701910