Hər növ kilidin təmiri, dəyişdirilməsi və quraşdırılması üçün peşəkar usta xidməti
Kilid xırda detal kimi görünə bilər, amma evin və ofisin təhlükəsizliyi məhz ondan asılıdır. Düzgün seçilməmiş və ya köhnəlmiş kilid bütün qapını mənasız edir. Açar Təmiri komandası Bakının bütün rayonlarında kilid ustası xidmətini gündə 24 saat təklif edir. İllərlə yığılmış təcrübə və müasir alətlərlə hər növ kilidi sürətlə təmir edir, dəyişdirir və ya yenidən quraşdırırıq.
Adi mexaniki kilidlərdən tutmuş elektron, kodlu, barmaq izi oxuyan və smart kilidlərə qədər - hamısı ilə işləyirik. Açar içəridə qırılıb, kilid fırlanmır, çətin açılır və ya tam kilidlənmir - bütün bu problemlərin həllini bir zəng məsafəsində alacaqsınız.
Ustanı çağırAşağıdakı problemlərdən biri sizdə də varsa - dərhal zəng edin
Açar kilidə girir, amma çətin və ya tam fırlanmır - kilidin daxili mexanizmi yeyilib və ya sınıb.
Sınmış hissəni zərərsiz çıxarırıq, sonra kilidi yoxlayır - lazım gəlsə yenisini qoyuruq.
Köhnə sakinlərin əlində açar nüsxəsi qalmış ola bilər. Təhlükəsizlik üçün kilidi mütləq dəyişdirin.
Qapıda və ya kiliddə cızıq, əzik var? Mexanizm artıq etibarsızdır - dəyişmək yeganə çıxış yoludur.
Cırıltı, sürtünmə və ya gərginlik - kilidin profilaktika və yağlanma vaxtı çatıb.
Adi mexaniki kilidi smart və ya kodlu sistemlə əvəz edib qapını müasirləşdirə bilərsiniz.
Bakı bazarında satılan və quraşdırılan demək olar ki, bütün modellər
Sutka rejimində istifadə olunan ev və ofis qapılarında ən geniş yayılmış növ. Silindrli, levha açarlı, çarpaz pinli modellərin hamısı ilə işləyirik. Kilidi sökmədən yağlamaq, tənzimləmək və ya silindrini dəyişmək mümkündür.
Telefonla, kart və ya barmaq izi ilə açılan müasir kilidlər. Quraşdırırıq, proqramlaşdırırıq, akkumlyator dəyişdiririk və nasazlıqları aradan qaldırırıq. Wi-Fi və Bluetooth modellərlə bağlı bütün suallara cavab veririk.
Açarsız, rəqəm kombinasiyası ilə açılan kilidlər. Şifrəni unutmusunuzsa - bərpa edirik. Ev, ofis və xidməti otaqlar üçün ideal həll.
Bank tipli seyflər, sənəd dolabları, anbar qapıları üçün xüsusi konstruksiyalı kilidlər. Bu sahədə ehtiyat və təcrübə vacibdir - işi yalnız peşəkara həvalə edin.
İllərin işi ilə qazanılmış müştəri etimadı
Bakının istənilən rayonuna ən yaxın usta tez bir zamanda yola düşür.
Qiymət əvvəlcədən deyilir. Gəldikdən sonra heç bir gizli xərc çıxmır.
Quraşdırdığımız kilidə və təmir etdiyimiz mexanizmə rəsmi zəmanət veririk.
Gecə yarısı və ya bayram günü olmasından asılı olmayaraq köməyə gəlirik.
Bir zəng - və ən yaxın kilid ustası dərhal yola düşəcək
0503701910