Bakıda Peşəkar Seyf Ustası

Seyfdə pul, qızıl, vacib sənədlər və ya başqa qiymətli əşyalar var, amma siz onu aça bilmirsiniz? Bu, ən gərgin anlardan biridir. Açar Təmiri komandası məhz belə anlarda yanınızda olur. Seyf ustası xidmətimiz Bakının bütün rayonlarında, gündə 24 saat fəaliyyət göstərir.

Hər seyfin öz konstruksiyası, açma metodu və zəif nöqtələri var. İllərlə yığılmış təcrübə bizə imkan verir ki, ev tipli kiçik seyflərdən tutmuş bank tipli yanmayan dolablara qədər - hamısını içəridəki əşyalara və seyfin özünə zərər vermədən açaq. Kod bərpası, açar itkisi, akkumlyator nasazlığı və ya mexanizmin sıradan çıxması - hər birinin öz həlli var.

Seyf ustasını çağır

Seyflə bağlı bütün xidmətlər

  • Bağlı qalmış seyfin açılması
  • Unudulmuş kodun bərpası və ya dəyişdirilməsi
  • Akkumlyatorun dəyişdirilməsi
  • Sındırılmış mexanizmin təmiri
  • Yeni seyfin quraşdırılması və bərkidilməsi
  • Açar nüsxəsinin hazırlanması

Hansı Hallarda Seyf Ustası Lazım Olur?

Ən çox rast gəlinən vəziyyətlər və onların həlli

Açar itib və ya sınıb

Seyfin yeganə açarı itibsə və ya kilidin içində qırılıbsa - panika etməyə dəyməz. Çıxarırıq və yenisini hazırlayırıq.

Kodu unutmusunuz

Rəqəm kombinasiyası yadınızdan çıxıb. Xüsusi metodlarla seyfi açır və yeni kod təyin edirik.

Akkumlyator bitib

Elektron seyf üçün ən çox rast gəlinən problemdir. Açırıq və yeni batareya qoyuruq.

Mexanizm sıradan çıxıb

Dəstək fırlanmır, kilid blok olunub, açar girmir. Daxili hissəni təmir edir və ya dəyişirik.

Sındırma cəhdi olub

Seyfdə zədə var, qıfıl etibarsızdır. Bərpa edirik və ya yeni mexanizm quraşdırırıq.

Yeni seyf quraşdırılması

Ofis, ev və ya mağaza üçün yeni seyf seçmək, yerə və ya divara möhkəm bərkitmək lazımdırsa - kömək edirik.

Hansı Seyf Növləri ilə İşləyirik?

Ev, ofis, mağaza və bank tipli modellər - hamısı bizim profilimizdir

Ev tipli seyflər

Mənzillərdə pul, sənəd və qızıl saxlamaq üçün ən geniş yayılmış modellər. Kompakt, kodlu və ya açarlı. Adətən divara və ya şkafın içinə quraşdırılır. Açılması, kod dəyişdirilməsi və profilaktikası rutin işimizdir.

Ofis seyfləri

Şirkət kassası, müqavilələr, möhürlər üçün orta ölçülü seyflər. Kombinasiyalı, elektron və bioloji autentifikasiyalı (barmaq izi) modellərin hamısı ilə işləyirik.

Yanmayan seyflər

Yüksək temperatura davamlı, ağır konstruksiyalı seyflər. Onların açılması və təmiri xüsusi alət və bilik tələb edir - yalnız təcrübəli usta həvalə edin.

Bank tipli seyflər

Çoxqatlı qoruma sistemi olan sənaye seyfləri. Korporativ müştərilər və böyük ofislər üçün açma, kod dəyişdirmə və quraşdırma xidməti.

Necə İşləyirik?

Seyf ustası xidməti dörd sadə addım ərzində

1

Zəng və ya WhatsApp

Seyfin markasını və problemi qısaca izah edin. Mümkün olsa şəkil göndərin.

2

Diaqnostika

Ünvanı alır, ən yaxın usta yola düşür. Yerində seyfə baxır və metodu deyir.

3

Açma və ya təmir

Razılaşdırılmış qiymət və metodla iş gedir. Seyfin və içindəkilərin zədələnmədən.

4

Yoxlama və zəmanət

Müştəri yoxlayır, yeni kod təyin edilir, iş üçün rəsmi zəmanət verilir.

Konfidensiallıq Bizim Üçün Vacibdir

Seyf - şəxsi və biznes sirlərinin saxlandığı yerdir. Müştərilərimizin etimadına xüsusi diqqət yetiririk: işin gedişatı, açılan əşyalar və hər hansı detal məxfi qalır. Heç kimə danışılmır, heç bir məlumat üçüncü tərəfə ötürülmür.

Bu səbəbdən onlarla müştəri yenidən bizə müraciət edir və tanışlarına tövsiyə verir. Sizin də etimadınızı qazanmaq üçün hər zəngdə peşəkar və diskret yanaşma sərgiləyirik.

Zəmanətimiz

  • Tam konfidensiallıq
  • Seyfə və içindəki əşyalara zərərsizlik
  • Görülən işə rəsmi zəmanət
  • Şəffaf və əvvəlcədən qeyd olunan qiymət

Seyfiniz Bağlı Qalıbsa - Vaxt İtirməyin

Peşəkar seyf ustası bir zəngdən sonra yanınızda olacaq

0503701910